Poliplər yoğun bağırsağın (kolon və düz bağırsağın) səthini örtən təbəqənin (mukoza) anormal böyüməsi nəticəsində inkişaf edən və bağırsaq kanalı (lümen) içinə doğru böyüyür.
Bəzi poliplər, düz (qulpsuz) bəziləri isə bir sap ilə bağırsaq divarına bağlıdırlar (saplı polip). Yoğun bağırsağın ən çox görülən xəstəliklərindən biridir. Yeniyetmələrdə 15-20 % nisbətində polip görülür. 50 yaş üzərində isə bu nisbət 40-50 %-ə çatır.
Adətən yaxşı xasiyyətli olmasına baxmayaraq, poliplərin, xərçənglərlə olan əlaqəsi qəti olaraq göstərilmişdir. Yoğun bağırsaq xərçəng xəstəliklərinin 90 %-dən çoxu polip kimi inkişaf edir. Bir polipin xərçəng olması üçün təxminən 8-10 il qədər bir müddət keçir. Poliplər xərçəng üçün qabaqcıl bir xəstəlik olduqları üçün xərçəngə çevrilmədən əvvəl xaric edilməlidir.
Bir çox polip simptomu (əlamət) olmaz və endoskopiya və ya yoğun bağırsağın radioloji araşdırılması zamanı təsadüfən təyin edilir. Ancaq bəzi poliplər qanaxma, selikli qişa axıntısı (yapışqan axıntı), bağırsaq funksiyalarında dəyişiklik və nadir hallarda da qarın ağrısına səbəb olur.
Poliplər, ya doğrudan bir endoskop (bağırsaq kanalının içini görmək üçün cihazlar) köməyi ilə birbaşa olaraq, yoğun bağırsağın səthini örtən təbəqənin (mukozanın) araşdırılması nəticəsində,ya dərmanlı qalın bağırsaq filmi (iki kontrastlı, barium kolon filmi) ilə bilinə bilər.
Kolorektal endoskopiyada, birbaşa göz ilə qalın bağırsağı örtən təbəqə izlənə bilər.
3 üsul vardır.
1- RİJİT SİGMOİDOSKOPİYA
Yoğun bağırsağın (kolon və düz bağırsaq) son 20-25 sm-lik məsafəsinin görünməsinə imkan yaradır.
2- ELASTİK SİGMOİDOSKOPİYA
Yoğun bağırsağın son 60 sm-lik hissəsinin izlənməsini təmin edir.
Hər iki araşdırma üçün sadəcə, imalə ilə bağırsaq təmizliyi kifayətdir. Yenə hər iki araşdırma da xəstəyə hər hansı bir ağrı kəsici və ya sakitləşdirici verməyə ehtiyac qalmadan müayinə otağında rahatlıqla edilə bilər.
3- KOLONOSKOPİYA
Daha uzun, hərəkətli və asanlıqla büküləbilən (elastik) bir cihaz ilə bütün kolon incələnə bilər. Bu araşdırma üçün bütün qalın bağırsaq təmizliyi lazımlıdır. Əməliyyat zamanı xəstənin rahat olması üçün sakitləşdirici və ağrı kəsici də verilə bilər.
Nəcisdə (gaitada) gizli qan incələməsi, kolorektal xəstəliklərdə əhəmiyyətli bir test olmasına baxmayaraq neqativ çıxması halında poliplərin olmadığını göstərməz. Kolonda bir ədəd polipin varlığı bütün kolonun incələnməsini tələb edir.Çünki bu xəstələrin 30 %-də yoğun bağırsağın başqa yerində müşayiət edən başqa poliplər olur.